MIT Sea Grant proqramı yeni bir layihəyə start verib: LOBSTgER (Learning Oceanic Bioecological Systems Through Generative Representations). Bu layihə, sualtı həyatın sənədləşdirilməsi və süni intellektin imkanları ilə okeanın gizli ekosistemlərini vizual olaraq ortaya çıxarmağı hədəfləyir.

Layihədə istifadə edilən süni intellekt modelləri, yüksək keyfiyyətli real sualtı fotolarla öyrədilir. Bu sistem, həm elmi, həm də vizual baxımdan maraqlı və təsirli görüntülər yaradır.
Əsas məqsəd, sənədli fotoşəkillərlə elmi məlumatları birləşdirən süni intellekt platforması yaratmaqdır. Bu model sayəsində dəniz canlıları, onların davranışları və yaşayış mühitləri haqqında daha dolğun və cəlbedici vizual məlumatlar təqdim olunur.
LOBSTgER layihəsində istifadə olunan görüntülər balinalar, köpək balıqları, meduzalar və digər müxtəlif dəniz canlılarını əhatə edir. Süni intellekt, bu fotolardan öyrənərək yeni fotorealistik görüntülər yaradır və bəzən yaradıcı vizual interpretasiyalar da təklif edir.

Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, o, elmi kəşfləri daha geniş auditoriyaya çatdırır. Sualtı həyatın qorunması və anlaşılması üçün bu cür vizual təqdimatlar ictimaiyyətin diqqətini cəlb edir və təbiətə qarşı məsuliyyət hissini artırır.
Mənbə: MIT News
Tərcümə etdi: Aysu Əsgərzadə
