Əfsanəvi ağır metal qrupu Black Sabbath 20 illik fasilədən sonra sonuncu dəfə orijinal tərkibi ilə səhnəyə çıxın. Birmingemdə keçirilən “Back to The Beginning” adlı nəhəng konsertdə 76 yaşlı Ozzy Osbourne qara taxtda əyləşərək mahnılarını ifa edib. Parkinson xəstəliyi ilə mübarizə aparan sənətçini qrup yoldaşları Toni İommi, Geezer Butler və Bill Ward müşayiət edib.
Ozzy Osbourne 20 illik fasilədən sonra sonuncu dəfə orijinal 'Black Sabbath' heyəti ilə səhnəyə çıxıb. 40.000-dən çox musiqisevərin bir araya gəldiyi "Back to The Beginning" konsertində Metallica, Guns N' Roses, Slayer, Pantera, Gojira, Alice in Chains, Lamb of God, Halestorm və Steven Tyler də çıxış ediblər.
Parkinson xəstəliyi ilə mübarizə aparan 76 yaşlı Ozzy Osbourne qara taxtda oturaraq mahnı oxuyub. Sənətçi Birmingemdəki konsertində "Nə hiss etdiyim barədə heç bir fikriniz yoxdur. Sizə ürəkdən təşəkkür edirəm" deyib.
20 ildən sonra ilk dəfə orijinal 'Black Sabbath' heyəti ilə səhnəyə çıxan Osbourne, qrup yoldaşları Tony Iommi, Geezer Butler və Bill Ward ilə birlikdə olub. 'Heavy Metal Live Aid' adlı şoudan əldə edilən gəlirin xeyriyyəçiliyə bağışlanacağı açıqlanıb.
Mənbə:Cnn türk
Tərcümı etdi:Çimnaz Həmzəliyeva
