Alimlər 2024-cü ildən etibarən Yerin fırlanma sürətində əhəmiyyətli artım olacağını və bunun 2025-ci ilin yayında tarixin ən qısa günləri ilə nəticələnə biləcəyini açıqlayıblar.

Normal şəraitdə bir gün və ya Yerin öz oxu ətrafında tam fırlanması 86.400 saniyə (24 saat) çəkir. Lakin bu müddət bəzi təbii amillərə görə millisaniyələrlə dəyişə bilər.
🔎 9 iyul, 22 iyul və 5 avqust 2025-ci ildə günlərin müvafiq olaraq 1,30, 1,38 və 1,51 millisaniyə qısalacağı proqnozlaşdırılıb.
Bu rəqəmlər ilk baxışda əhəmiyyətsiz görünə bilər. Bununla belə, zaman xüsusilə peyk naviqasiyası, GPS, maliyyə əməliyyatları alqoritmləri və internet sinxronizasiyası kimi həssas texnologiyalarda çox vacibdir. Hətta bir millisaniyəlik sapma mürəkkəb sistemlərdə səhvlər, gecikmələr və sürüşmələr yarada bilər.
⏱️ Tarixin ən qısa günü: 5 iyul 2024-cü il
Elmi ölçmələr 2020-ci ildən bəri Yerin fırlanma sürətinin ümumiyyətlə artdığını ortaya çıxarıb. Xüsusilə, 2024-cü il iyulun 5-də Yerin fırlanması 1,66 millisaniyə az olub və bu, "tarixdə ən qısa gün" kimi qeydə alınıb.
Belə dəqiq vaxtlamalar atom saatları və Beynəlxalq Yer Fırlanma Xidməti (IERS) tərəfindən hazırlanır. Aşkar edilmiş qısa günlərin digər nümunələri:
📌 19 iyul 2020 – 1,47 ms qısa
📌 9 iyul 2021 – 1,47 ms qısa
📌 30 iyun 2022 – 1,59 ms qısa
Niyə vacibdir? Hansı sistemlərə təsir edə bilər?
Alimlər xəbərdarlıq ediblər ki, bu mikrosaniyəlik sapmalar bir çox həyati sistemlərə təsir göstərə bilər:
📡 GPS və Naviqasiya Sistemləri
Peyklər öz mövqelərini Yerin fırlanma sürətinə əsasən hesablayırlar. Bu sürət dəyişərsə, peyk və yer mövqeləri uyğun gəlməyəcək və naviqasiya dəqiqliyi pisləşəcək.
📈 Maliyyə əməliyyatları
Yüksək tezlikli alqoritmik sistemlərdə zamanlama millisaniyə səviyyəsində dəqiqdir. Hər hansı bir sapma səhv ticarətdə milyonlarla dollarla nəticələnə bilər.
⏰ Telekommunikasiya və İnternet
Məlumat paketlərinin düzgün ardıcıllıqla ötürülməsini təmin etmək üçün vaxt ştamplarından istifadə olunur. Hətta kiçik sapmalar şəbəkə gecikmələrinə və ya məlumat itkisinə səbəb ola bilər.
🔧 Enerji Paylanması
Elektrik şəbəkələri sinxron işləməlidir. Fırlanma sürətindəki dəyişikliklər elektrik tezliyinə təsir edə bilər.
Mənbə: gonulder.org
Tərcümə etdi: Sona Osmanova
