4–5 iyul gecəsi Texasın Guadalupe çayı boyunca uzun müddətdir qeydə alınmayan sellər baş verib. Qısa müddətdə suyun səviyyəsi 8–9 metr yüksələrək məşhur Camp Mystic adlı 1926-cı ildə təsis edilən qızlar düşərgəsini basıb.

52 nəfər həlak olub — 18 nəfəri böyüklər, 15-i isə uşaqlardır. Kər County-də ən az 43, digər qonşu ərazilərdə isə əlavə 9 ölən var.
Təəssüf ki, Camp Mystic-dən 27 qız itkin düşmüş hesab olunur, axtarışlar hələ də davam edir .
Həm təcili xidmətlər, həm də 850-dən çox insan helikopter, qayığ və yerüstü vasitələrlə təxliyə olunub; 167 nəfər helikopter vasitəsilə daşınıb.
Axtarış-qurtarma işlərində 1000-dən çox xilasedici, o cümlədən Milli Qvardiya, Sahil Mühafizəsi və FEMA iştirak edir.
Texas qubernatoru Greg Abbott fövqəladə vəziyyət elan edib, “sərhədsiz resurslar” barədə məlumat verib; ABŞ prezidenti də federal yardıma zəmanət verib.
Ailə üzvləri, könüllülər birləşərək sosial şəbəkələrdə xilasetmə üçün çağırışlar edirlər.
1987-ci ildə bölgədə oxşar faciə baş verib — o vaxt da qız düşərgəsindən 10 yeniyetmə həlak olub.
Mənbə: Reuters
Tərcümə etdi: İbrahim Çobanlı
