BBC Türkcəyə danışan vəkili Ener Ermaner Soykanın şənbə günü CHP bələdiyyə sədrlərinin saxlanmasından sonra sosial mediada etdiyi üç paylaşıma görə saxlanıldığını söyləyib.
Ermaner bildirib ki, müvəkkilinə “yalnız ictimaiyyət arasında narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayiş və ümumi sağlamlıqla bağlı ictimai asayişi poza biləcək şəkildə yalan məlumatlar yaymaq” ittihamı irəli sürülüb. Türkiyə Cəza Məcəlləsinə görə, bu cinayəti törədənlərə 1 ildən 3 ilə qədər həbs cəzası verilir.
"BirGün” qəzetinin yazarı Timur Soykan şənbə səhəri CHP bələdiyyə sədrləri saxlanıldıqdan sonra sosial şəbəkədə bu sözləri paylaşıb: “Rejim artıq ictimaiyyəti korrupsiya əməliyyatlarına razı salmaqdan narahat olmadığını bəyan edir. Camaat ya bu təzyiqlərə boyun əyib rejimin quluna çevriləcək, daha da kasıblaşacaq, ya da öz azadlığını, haqqını, ölkəsini müdafiə edəcək”.
Soykan digər paylaşımlarında da "AKP-ni seçkidə məğlub etmək" cinayət kimi qanuna salınmalıdır. Bu yolla hələ də məhkəmə varmış kimi davranmaq yükündən azad olacaqlar" və "Çevriliş" davam edir. Xalqın iradəsi qəsb edilir. Seçki qutusunun heç bir mənası yoxdur", - deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
