Bu gün:

Metin Ülgen ilə yollar ayrılıb


"Galatasaray" qadın futbol komandasında baş məşqçi vəzifəsini icra edən Metin Ülgen ilə yollarını ayırıb.

"Sarı-qırmızılılar"ın rəsmi internet saytında mövzu ilə bağlı yayımlanan açıqlamada bildirilib:

“Üç mövsümdür 'Galatasaray Qadın Futbol Komandamızın' baş məşqçisi vəzifəsini yerinə yetirən və komandanı çempion edərək 'Çempionlar Liqası'na daşıyan Metin Ülgenə xidmətlərinə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq".

Metin Ülgen "Galatasaray"la həm liqada çempionluq yaşayıb, həm də "UEFA Qadınlar Çempionlar Liqası"nda komandanın iştirakına rəhbərlik edib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et