"Formula 1 Dünya Çempionatı"nda mövsümün 12-ci yarışı olan "Böyük Britaniya Qran Prisi"nə "Red Bull"un hollandiyalı pilotu Max Verstappen ilk sıradan başlayacaq.

İngiltərənin "Northamptonshire" qraflığında yerləşən 5,89 kilometrlik "Silverstone" trasında 52 dövrəlik formatda keçiriləcək yarışın sıralama mərhələsində 1 dəqiqə 24.892 saniyəlik nəticə göstərən Verstappen poul mövqeyini əldə edib.
Verstappendən cəmi 0.103 saniyə geridə olan "McLaren"in avstraliyalı pilotu Oscar Piastri ikinci yeri, 0.118 saniyə geridə olan "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü yeri tutub.
"Böyük Britaniya Qran Prisi" sabah TSİ ilə 17:00-da başlayacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
