61 illik BƏƏS rejiminin sona çatmasından sonra ölkədə başlayan yenidənqurma çərçivəsində, Şamda Prezident Sarayında keçirilən mərasimdə yeni milli loqo ictimaiyyətə təqdim olunub.
Yeni loqoda 14 tüklü qanada malik şahin Suriyanın vilayətlərini təmsil edir, əvvəlki loqodakı 2 ulduz isə 3-ə yüksəldilib. Kənd təsərrüfatını simvolizə edən 2 buğda sünbülü isə dizayndan çıxarılıb. Yeni loqo bütün dövlət qurumlarının simvolları, möhürləri, sənədləri və şəxsiyyət vəsiqələrində istifadə olunacaq.
Prezident Əhməd Şəra çıxışında Şamın dünya tarixinin başlanğıcı və sonu olduğunu vurğulayaraq, yeni loqonun vahid və bölünməyə qarşı bir Suriya simvolu olduğunu bildirib. O, loqonun yaradılmasına dəstək verən bütün suriyalılara təşəkkür edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətidə İbayeva
