Bu səhər CHP bələdiyyələrinə qarşı həyata keçirilən yeni əməliyyatda Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, Adıyaman Böyükşəhər Bələdiyyə Başçısı Abdurrahman Tutdere, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek və həbs olunan bələdiyyə sədrinin müavini Əhməd Şahin yerinə həbs olunan Böyükçekmece Bələdiyyə Başçısı Hasan Akgün vəzifədən çıxarılıb.
Əməliyyat çərçivəsində bələdiyyə sədrləri ilə yanaşı, müxtəlif şura üzvləri və bələdiyyə məmurları da saxlanılıb.
Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar sosial media hesabında paylaşdığı videoda "Bütün dünya bilir ki, mənim pulla, rüşvətlə işim yoxdur. Bu bir prosesdir, arxayın olun. Mübarizəyə davam edəcəyik",-deyib.
CHP lideri Özgür Özəl partiyasının mərkəzi icra hakimiyyətinin növbədənkənar iclasını keçirib. Devrilmiş İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Anadoluda hər həftə bir əyalətdə keçirilən mitinqlərin davamı keçiriləcək.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
