Bu gün:

Tramp genişmiqyaslı vergi və xərcləmə qanunu imzalayıb


ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən çox az səs fərqi ilə qəbul edilən əsas qanun layihəsini bir gün sonra imzalayaraq qanuni vəziyyətə gətirib. 

Cümə günü günortadan sonra Ağ Evdə keçirilən imzalanma mərasimi Tramp-ın gündəliyindəki əsas məsələləri, yəni vergi azalmaları, müdafiə xərclərinin artırılması və miqrasiyaya qarşı sərt tədbirləri rəsmən qüvvəyə mindirib.

Ağ Evdə müstəqillik günü münasibətilə təşkil olunan atəşfəşanlıq və İran üzərindəki üç nüvə obyektini bombalamış pilotların da iştirak etdiyi hərbi yığıncaq öncəsi bayram ab-havası hökm sürüb. 

Tramp tərəfdarlarına bildirib ki, bu qanun iqtisadi artıma təkan verəcək. Keçirilən sorğular nəticəsində, əhalinin bir hissəsi bu qanuna qarşı olduğu üçün Tramp amerikalıları öz vədlərinə inandırmağa çalışmalıdır. 

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et