Bu gün:

Ərdoğan "Sıfır Tullantı" layihəsinin önəmini vurğulayıb


Azərbaycan, Xankəndi – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan “Sıfır Tullantı” layihəsinin qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə əlavə güc yaratdığını bildirib.

Prezident qeyd edib ki, layihənin başlanğıcından etibarən təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

Ərdoğan həmçinin toplantının işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkürünü çatdırıb. O, Xankəndinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyinə inamını ifadə edib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et