Bu gün:

Suriya milli loqosunu yenilədi


61 illik BƏƏS rejiminin devrilməsindən sonra yenidən qurulma dövrünə qədəm qoyan Suriyada milli loqo da dəyişdirilib. Yeni loqo Şamda, Prezident Sarayında keçirilən tədbirdə Prezident Əhməd Şara tərəfindən təqdim olunub.

Yeni loqo dövlətin bütün qurumlarında, möhürlərdə, rəsmi sənədlərdə, şəxsiyyət vəsiqələri və pasportlarda istifadə olunacaq. Loqoda Suriya vilayətlərini təmsil edən və qanadında 14 böyük tüklə təsvir olunan şahin yer alır. Əvvəllər şahin qalxanında 2 ulduz var idisə, indi bu say 3-ə qaldırılıb. Köhnə loqoda yer alan və kənd təsərrüfatını simvolizə edən 2 buğda başağı isə çıxarılıb.

Prezident Əhməd Şara təqdimat zamanı bildirib:

“Tarixə nəzər salan hər kəs görər ki, Şam dünya tarixinin başlanğıcı və sonudur. Devrilmiş rejim dövrü isə Şam tarixində ən alçaldıcı dövrdür. Yeni milli loqo parçalanmanı və bölünməni qəbul etməyən, birləşmiş Suriyanı təmsil edir.”

O, yeni loqonun hazırlanmasında iştirak edən bütün suriyalılara təşəkkür edib.


Mənbə:  NTV

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et