Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bu gün Hakkari, Yüksekova və Çukurca bölgələrinə səfər edib. Səfər çərçivəsində Kalın bölgədə bir sıra mühüm görüşlər keçirib.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, Kalın Hakkari valisi Ali Çelik, İkinci Ordu Komandanı Orgeneral Levent Ergün, eləcə də digər hərbi və mülki vəzifəli şəxslərlə bir araya gəlib. Görüşlərdə regionun təhlükəsizlik vəziyyəti, sərhəd xəttində, xüsusilə, İraq, İran və Suriya ilə olan sərhədlərdə görülən tədbirlər, hərbi baza məntəqələrinin fəaliyyəti və bölgədəki son inkişaflar müzakirə olunub.
Səfərin məqsədi bölgədəki təhlükəsizlik tədbirlərini yerində qiymətləndirmək və əlaqəli qurumlarla koordinasiyanı gücləndirmək olaraq qeyd edilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiman Vəliyeva
