Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə eksperti Fransiska Albanese onlarla transmilli şirkətə İsraillə biznes fəaliyyətini dayandırmaq çağırışı edib.
Ekspert bu şirkətlərin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində törədilən hərbi cinayətlərdə dolayı yol ilə iştirak riski daşıdığını bildirib.
Albanese bu fikirləri BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi son hesabatda səsləndirib. O, mövcud vəziyyəti “soyqırım iqtisadiyyatı” adlandıraraq qeyd edib ki, İsraillə HƏMAS arasında davam edən münaqişə yeni silah və texnologiyaların məsuliyyətsiz şəkildə sınaqdan keçirildiyi bir məkana çevrilib.
İsrail tərəfi isə hesabatı “əsassız” adlandıraraq rədd edib. Rəsmi Tel-Əviv sənədin obyektiv olmadığını bildirərək, onun “tarixin tozluq səbətinə atılacağını” bəyan edib.
Mənbə: BMT
Tərcümə etdi: Asiman Vəliyeva
