Serbiyanın paytaxtı Belqradda hökumət əleyhinə etirazlar aylardır davam edir. Son nümayişdə polislə nümayişçilər arasında saatlarla davam edən toqquşmalar baş verib.
Serbiyanın paytaxtı Belqradda gərginlik davam edir. Hökumətin əleyhdarları yenidən küçələrə çıxıb, polislə nümayişçilər arasında şiddətli toqquşmalar baş verib.
Erkən seçkilərin keçirilməsini istəyən əksəriyyəti tələbələrdən ibarət nümayişçilər Belqradda nümayiş keçirib. Az sonra bəzi etirazçılarla polis arasında toqquşma olub. Polis dəyənəklərlə müdaxilə edib, camaat daha da hiddətlənib, təhlükəsizlik qüvvələrinə zibil qutuları, stul və daşlar atılıb. Polis qalxanlarla cavab verdi.
Səlahiyyətlilər 79 etirazçının saxlanıldığını, 4 polisin yaralandığını açıqlayıb. Etirazçılar isə polisin qeyri-mütənasib güc tətbiq etdiyini və ən azı 4 şagirdin xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Şənbə günü on minlərlə insan Belqradın Slaviya meydanına toplaşaraq erkən seçkilərə çağırıb. Rəsmi rəqəmlərə görə, 36 min, müstəqil müşahidəçilərə görə isə 140 minə yaxın insan küçələrə çıxıb.
Nümayişlərin arxasındakı qəzəb 2024-cü ilin noyabrına gedib çıxır. Novi Sad qatar stansiyasının damının uçması nəticəsində 16 nəfər ölüb. Fəlakət prezident Aleksandar Vucic-in partiyasının korrupsiyada ittiham olunduğu infrastruktur layihələrinə qarşı reaksiyaya səbəb oldu.
Vuçiç nümayişlərin “xarici kəşfiyyat tərəfindən təhrik edildiyini” iddia edir, günahkarlar üçün amnistiya olmayacağını deyir və erkən seçki çağırışlarını rədd edir.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
