Ukrayna prezidenti Volodimir Zelenski bu gün Danimarkaya səfəri çərçivəsində çıxış edəcəyi gözlənilsə də, “Financial Times” qəzeti xəbər verir ki, o, sabah ABŞ prezidenti Donald Tramp ilə danışacaq. Görüşün əsas mövzusu ABŞ-nin Kiyevə yönəlmiş bəzi əsas silah tədarüklərini qəfil dayandırması olacaq.

Mənbələr bildirir ki, Ukraynalı rəsmilər bu tədarükdə yaranmış fasilədən getdikcə daha çox narahat olmağa başlayıblar. Hazırda bəzi silahlar Polşada gözləmədə saxlanılır bu da Rusiyanın yay hücumlarını artırdığı və keçən həftə müharibənin ən genişmiqyaslı hava hücumunu həyata keçirdiyi bir dövrə təsadüf edir.
ABŞ rəsmiləri isə Ağ Evin bu qərarını şərh edərək bildiriblər ki, prezident Trampın Kiyevə hərbi dəstək üçün hələ də “güclü” seçimləri mövcuddur.
Bu arada bu gün daha əvvəl (11:39-da) Kursk vilayətində Ukraynanın həyata keçirdiyi hücum nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin sədr müavini Mixail Qudkov həlak olub. Eyni zamanda, Rusiyanın Odessa şəhərinə etdiyi hava hücumu nəticəsində iki nəfər həyatını itirib.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
