ABŞ keçmiş prezidenti Donald Tramp-ın “böyük və gözəl qanun layihəsi” adlandırdığı büdcə planı Nümayəndələr Palatasında son səsverməyə çıxarılır.
Bu layihə Konqresdə milli borc və səhiyyə ilə bağlı narahatlıqlara görə bir müddət gecikib. Lakin cümə axşamına keçən gecə bəzi Respublikaçı müxaliflər də geri çəkilərək plana dəstək veriblər.
Tramp istəyir ki, bu qanun 4 iyul, yəni ABŞ Müstəqillik Gününə qədər imzalansın. Qanun layihəsi artıq Senatda qəbul edilib. Onun taleyini isə sədr müavini JD Vance-in həlledici səsi müəyyənləşdirib.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
