Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artmağa başladığını və buna görə də tarixin ən qısa gününün bir neçə həftə ərzində yaşana biləcəyini açıqlayıblar.

Londondakı Universitet Kollecinin astrofiziki Qraham Cons bildirib ki, Yer kürəsi bu yay — 9 iyul, 22 iyul və ya 5 avqust tarixlərində ən qısa gününü yaşaya bilər. Həmin günlərdə zamanın müvafiq olaraq 1,30, 1,38 və ya 1,51 millisaniyə qısala biləcəyi proqnozlaşdırılır.
Tədqiqatçılar bildirirlər ki, millisaniyələrlə ölçülən bu fərq belə qlobal naviqasiya sistemlərindən tutmuş peyk vasitəsilə istiqamət təyini və vaxt ölçmə üsullarına qədər bir çox sahəyə təsir göstərə bilər.
Mütəxəssislər qeyd edirlər ki, Yer kürəsi 2020-ci ildən bəri normaldan daha sürətli fırlanır. Bunun dəqiq səbəbi isə hələlik məlum deyil.
Alimlərin sözlərinə görə, indiyədək qeydə alınmış ən qısa gün 2024-cü il iyulun 5-də yaşanıb. Həmin gün Yer kürəsi 24 saatdan 1,66 millisaniyə daha tez fırlanıb. Mütəxəssislər vurğulayıblar ki, gün uzunluğundakı millisaniyəlik dəyişikliklər belə böyük təsirlərə səbəb ola bilər. Çünki GPS sistemləri, telefon şəbəkələri və maliyyə əməliyyatları kimi sahələr çox dəqiq zamanlamaya əsaslanır.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
