Çinli cərrahlar 5000 kilometr məsafədən peyk texnologiyasından istifadə etməklə iki xəstəni uğurla əməliyyat ediblər.
Çinli cərrah Prof.Dr.Ronq Liunun rəhbərlik etdiyi qrup Pekində 5000 kilometr uzaqlıqda yerləşən Lhasadan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə iki xəstə üzərində əməliyyat keçirib. Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda 'Apstar-6D' peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirildi. Professor Rong Liunun rəhbərlik etdiyi həkimlərin təxminən 124 dəqiqə davam edən əməliyyatlarla qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni müalicə etdiyi, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axınının fasiləsiz təmin edildiyi və prosedurların yüksək dəqiqliklə həyata keçirilə bildiyi bildirilib. Açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı da paylaşılıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
