Danimarkada iyulun 1-dən etibarən qadınlar üçün hərbi xidmət icbari olub və onun müddəti dörd aydan 11 aya yüksəlib.

Danimarkada ordu, əvvəlcə, könüllüləri işə götürür, sonra qalan ehtiyacları ödəmək üçün 18 yaşlı kişiləri püşkatma yolu ilə ölkəyə çağırıb. İndi bu lotereyaya 18 yaşlı qadınlar da daxil olacaq və adı çəkilənlər 11 ay xidmət göstərəcək. 2024-cü ildə ölkədə 4700 nəfər məcburi hərbi xidmət keçib. Bunların dörddə biri könüllü qadınlar idi.
Hökumət 2033-cü ilə qədər hər il işə götürülən insanların sayını 38 faiz artıraraq 6500-ə çatdırmağı hədəfləyir. Bu insanlardan başqa Danimarka ordusunda 9 min peşəkar əsgər var.
Kopenhagen həmçinin NATO-nun hərbi xərclər hədəflərinə çatmaq üçün növbəti beş il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar (240 milyard TL) artıracaq.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa ölkələri həm hərbi siyasətlərini, həm də ordu üçün büdcələrini nəzərdən keçirməyə başlayıblar.
Mənbə:BBC News
Tərcümə etdi:Aysel Mirzəyeva
