Avropanı bürüyən isti hava dalğası səbəbilə Fransanın 16 bölgəsində, o cümlədən paytaxt Parisdə ən yüksək səviyyəli — qırmızı istilik xəbərdarlığı elan edilib.
Bu barədə ölkənin rəsmi hava müşahidə qurumları məlumat yayıb.
Havanın təhlükəli dərəcədə isti olması nəticəsində Eyfel qülləsinin zirvəsi ziyarətçilər üçün bağlanıb. Rəsmilər ictimaiyyəti ehtiyatlı olmağa və açıq havada uzun müddət qalmamağa çağırıb.
Bundan əlavə, Portuqaliya və İspaniyada da iyun ayı üçün rekord temperatur qeydə alınıb. Mütəxəssislər bu cür ekstremal hava şəraitini iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
