Venesuela prezidenti Nikolas Maduro növbəti dəfə mesajlaşma proqramı olan WhatsApp-ı casusluqda ittiham edərək onu hədəfə alıb. Maduro bildirib ki, sildiyi proqram İsrail tərəfindən fələstinliləri qırmaq üçün istifadə edilib.
Venesuela prezidenti Nikolas Maduro mesajlaşma proqramı olan Whatsapp-dan “casusluq” vasitəsi kimi istifadə olunmaqda ittiham edib. Maduro, "Whatsapp'ı həyatımdan sildim. Əlvida Whatsapp, çünki Whatsapp casusluq sistemidir. "Ah, nə gözəl! Video göndərə bilirəm, video zəng edə bilirəm, sərinəm". Amma onlar sizə casusluq edir, həyatınızla bağlı hər şeyi bilirlər, çünki Whatsapp casusluq sistemidir”.
Maduro həftəlik televiziya şousunda proqramın fələstinliləri öldürmək üçün istifadə edildiyini söylədi.
Venesuela prezidenti: "Fələstin xalqını qırmaq üçün Whatsapp-dan istifadə etdilər. Whatsapp vasitəsilə insanları öldürmək üçün raketləri aşkarlayıb atdılar. Whatsapp-dan İranda alimləri öldürdülər" dedi. Maduro tətbiq vasitəsilə təkcə əsgər və polis məmurlarının deyil, icma liderlərinin də təhdid edildiyini vurğuladı və bu səbəbdən də ictimaiyyətdən ərizəni könüllü və mərhələli şəkildə silmələrini istədi.
Maduro daha əvvəl canlı yayımda bəzi qrupların bu platformalar vasitəsilə zorakılıq və nifrət yaydığını əsas gətirərək WhatsApp-ı silib, Venesuela xalqı üçün WhatsApp və X-ə 10 günlük qadağa qoyub.
Maduro həmçinin öz bəyanatında hökumətinin "casusluq və ya öldürmə üçün istifadə edilməyən alternativ mesajlaşma platforması" hazırladığını bildirib.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
