ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İlon Mask-ın yaratdığı və xərclərin azaldılmasına yönələn DOGE agentliyi milyarderin şirkətlərinə zərər vermək üçün istifadə oluna bilər. Keçmiş müttəfiqlər isə Tramp-ın büdcə planları ilə bağlı açıq mübahisələrini davam etdirirlər.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə İlon Mask-ın subsidiyalarla bağlı tənqid edib və bildirib ki, Mask tarixdə ən çox subsidiya alan şəxslərdən biridir. O, həmçinin DOGE agentliyinin bu məsələyə ciddi yanaşmalı olduğunu vurğulayıb.
İlon Mask isə cavabında subsidiyaların tamamilə dayandırılmasını istəyib.
İlon Mask bir neçə dəfə Tramp-ın “böyük, gözəl qanun layihəsi” adlandırdığı təşəbbüsünü tənqid edərək, bunun dövlət xərclərinin azaldılması üçün etdiyi işləri gözdən saldığını bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
