ABŞ prezidenti Donald Tramp bildirib ki, Kanada ilə ticarət danışıqlarını dərhal dayandırır. Bu qərar Kanadanın böyük texnologiya şirkətlərinə qarşı yeni vergi tətbiq etmək istəməsi ilə bağlıdır.

Tramp bu açıqlamanı sosial şəbəkədə yayımlayıb. Halbuki iki ölkə iyulun ortalarınadək yeni ticarət sazişi üzərində razılığa gəlməyə çalışıb.
İlin əvvəlində Trampın başladığı ticarət müharibəsi səbəbilə hər iki ölkə bir-birinin məhsullarına əlavə gömrük rüsumları tətbiq edib. Hətta Tramp Kanada üzərinə iqtisadi təzyiq göstərməklə hədələyib.
Cümə günü Tramp Kanadanın texnoloji şirkətlərə qoymaq istədiyi vergini “ağlasığmaz” adlandırıb və buna görə də danışıqları bitirdiyini deyib. O, yaxın bir həftə ərzində Kanada mallarına yeni tariflərin tətbiq ediləcəyini açıqlayacağını bildirib.
“Bu andan etibarən Kanada ilə bütün ticarət danışıqları dayandırılır",– deyə Tramp yazıb.
“Amerika ilə ticarət əlaqələri qurmaq istəyən Kanada hansı vergini ödəyəcəyini yeddi gün ərzində biləcək".
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
