Bu gün:

Şəhər sularının insanlara açılması hərəkatı güclənir


Dünyanın müxtəlif şəhərlərində “şəhər sularında üzmək bir hüquq olmalıdır” – adlı kampaniyalar artmaqdadır. Rotterdamda keçirilən “Swimmable Cities Summit” adlı ilk sammitə 20-dən çox ölkədən 200‑dən artıq nümayəndə qatılıb. Məqsəd, şəhər içi su kanallarının üzgüçülük üçün təhlükəsiz və əlçatan olmasını təmin etməkdir.

Fransada Parisdə Sein çayı təmizləndikdən sonra Olimpiya oyunları üçün açıq üzgüçülük sahələri yaradılıb. Kopenhagen, Basel, Zürix, Berlin və Melbourne kimi şəhərlər real vaxt su keyfiyyəti monitorinqi, üzmək üçün infrastrukturlar və təbii süzən sistemlər quraraq nümunə göstəriblər.


Buna baxmayaraq hüquqi məhdudiyyətlər, məsuliyyət məsələləri və suyun təmizliyindən narahatlıq hələ də qlobal problem olaraq qalır. Aktivistlər bildirirlər ki, təmiz şəhər suları sağlamlıq, sosial əlaqə və ətraf mühitin qorunması üçün vacibdir. Onlar “üzülə bilən şəhər” statusuna çatmaq üçün standartların yaradılmasını və təcrübə mübadiləsini prioritet sayırlar. Rotterdamın Rijnhaven sahəsi artıq qanuni üzgüçülük zonası kimi fəaliyyət göstərir və bu hərəkatın simvoluna çevrilib.


Mənbə:the Guardian 

Tərcümə etdi:Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et