Cümhuriyyət Xalq Partiyasında (CHP) iyunun 30-da keçiriləcək 38-ci növbədənkənar qurultay iddiası öncəsi “mütləq etibarsızlıq” müzakirəsi getdikcə artır.

CHP sədri Özgür Özəl və keçmiş başqan Kamal Kılıçdaroğlu ola biləcək qərardan sonra izləniləcək siyasətlə bağlı tamamilə əks açıqlamalar verib.
Martın 19-da saxlanılaraq, martın 23-də korrupsiya ittihamı ilə həbs edilən və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) bələdiyyə sədri Mansur Yavaşın son açıqlamaları da CHP-dəki potensial böhranın miqyasını ortaya qoyub.
CHP sədri Özgür Özəl 5 noyabr 2023-cü ildə keçirilən 38-ci Adi Qurultayda Kamal Kılıçdaroğlunu məğlub edərək vəzifəyə seçilib.
İyunun 30-da Ankara 42-ci Asliye Cəza Məhkəməsində keçiriləcək məhkəmə iclası "mütləq etibarsız" qərarla nəticələnə bilər. Mütləq etibarsızlıq hüquqi əqdin əsasındakı çatışmazlıq və ya qüsur səbəbindən etibarsız sayılması deməkdir.
Mənbə:BBC News
Tərcümə etdi:Aysel Mirzəyeva
