Bu gün:

Yeddi əyalətdə meşə yanğınları ilə mübarizə aparılır


İzmirin Əliağa rayonunda son üç gündə baş verən üçüncü yanğın nəzarət altına alınarkən, Antalya, Sakarya, Biləcik, Tekirdağ, Bursa, Balıkəsir və Kahramanmaraşda da yanğınlar yaşanıb.

Antalyanın Aksu və Alanya və Serik rayonlarında iki yerdə meşə yanğınları baş verib. Alovlara həm qurudan, həm də havadan müdaxilə edilib. Aksu və Serikdəki yanğınlar günorta saatlarında, Alanyada isə axşam saatlarında yanğın nəzarət altına alınıb.

Sakaryada yanğın Taraklı rayonunda başlayıb. Paşaların Hacıyakup qəsəbəsində meşəlik ərazidə hələ müəyyən edilməmiş yanğın baş verib. Xəbərdarlıq üzərinə bölgəyə Xilasetmə və Meşə Əməliyyat Müdirliyi qrupları sövq edilib.

Qruplar yanğını söndürmək üçün vertolyot dəstəyi ilə işlərini davam etdirərkən, təşkilatlardan verilən məlumata görə, yanğın Biləcikin Gölpazarı mahalına sıçrayıb.

Bursansanın Yenişehir və İnegöl rayonlarında və Bursansanın Çevri Yolu İsmetiye Məhəlləsində 3 ayrı yanğın baş verib. İnegöl və İsmetiyedə yanğınlar nəzarət altına alınarkən, Yenişehirdə yanğına müdaxilə davam edir. İsmetiye yanğınında 4-dən çox evin zərər gördüyü, 5 evin təxliyə edildiyi bildirilir.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et