Rusiya prezidenti Putin Ukrayna ilə danışıqların üçüncü mərhələsini İstanbulda keçirməyə hazır olduqlarını, lakin tərəflərin təqdim etdiyi memorandumların bir-birinə zidd olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqlarının yeni mərhələsinə hazır olduğunu bildirib.
Putin danışıqların İstanbulda keçirilə biləcəyini deyib, lakin tarixin hələ müəyyən edilmədiyini qeyd edib.
Putin bildirib ki, əvvəlki danışıqlarda tərəflərin təqdim etdiyi təkliflər arasında böyük fərqlər var. Bununla belə, o, davamlı dialoqla bu fikir ayrılıqlarının zamanla aradan qaldırıla biləcəyinə ümid etdiyini bildirib.
Belarusun paytaxtı Minskdə çıxış edən Putin iki tərəfin danışıqlar qruplarının daimi təmasda olduğunu bildirib. O, həmçinin Rusiyanın daha 3000 Ukrayna əsgərinin qalıqlarını təhvil verməyə hazır olduğunu açıqlayıb.
Mənbə: TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
