Bu gün:

ABŞ Ali Məhkəməsi yeni qərarlar elan etməyə hazırlaşır


ABŞ Ali Məhkəməsi bu cümə günü altı vacib iş üzrə qərarlarını elan etməyə hazırlaşır. Bu işlər arasında ən əhəmiyyətlisi Prezident Donald Trampın doğumla vətəndaşlıq əmrinin icrası ilə bağlı qərar olacaq.

Prezident bəyan edib ki, məhkəmə doğumla vətəndaşlıqla bağlı sərəncamını müvəqqəti olaraq bloklayaraq “ölkə miqyaslı” qərarlarla səlahiyyətlərini aşır.  

100 ildən artıqdır ki, məhkəmələr ABŞ Konstitusiyasının 14-cü düzəlişini belə şərh edir: “Birləşmiş Ştatlarda doğulan və ya təbii yolla vətəndaşlıq verilən bütün şəxslər” valideynlərinin immiqrasiya statusundan asılı olmayaraq ABŞ vətəndaşı sayılır. Lakin hazırkı administrasiya bildirir ki, bu düzəlişin tərkibində “ABŞ yurisdiksiyasına tabe olan” şəxslərlə bağlı bir məhdudiyyət də mövcuddur

Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et