PKK-nın silahı buraxması ilə bağlı keçirilən son qurultaydan sonra, Türkiyə hökumətinin “Terrorçusuz Türkiyə” adlandırdığı prosesdə ilk real addım atılıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdə bu proses üçün xüsusi bir komissiya qurulması təşəbbüsünə başlayıb.
Bundan sonra DEM Partiyasının nümayəndələri olan Pervin Buldan və Mithat Sancar həm iqtidar, həm də müxalifət partiyaları ilə görüşlərə start veriblər.
AKP və DEM Partiyası bu hadisəni “prosesin yeni mərhələyə keçməsi” kimi dəyərləndirir.
Bu mərhələdə gözlənilən əsas addımlar bunlardır:
1. İyulun ilk yarısında PKK-çıların silah buraxdığına dair ilk görüntülərin yayımlanması;
2. Eyni vaxtda parlament komissiyasının qurulması və fəaliyyətə başlaması.
Pervin Buldan 26 iyunda Kurtulmuşla keçirilən görüşdən sonra bildirib ki, proses artıq müəyyən bir nöqtəyə çatıb. O əlavə edib ki, gələn həftədən etibarən Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl ilə görüşəcəklər. Daha sonra isə İmralı adasında Abdullah Öcalanla da bir görüş planlaşdırılır.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
