NASA-nın “James Webb” Kosmik Teleskopu ilk dəfə olaraq bir ekzoplanetin - Günəş sistemi xaricində yerləşən planetin görüntüsünü əldə etməklə tarixi elmi nailiyyətə imza atıb. 2022-ci ildən bəri aktiv elmi fəaliyyət göstərən teleskop bu görüntünü Orta Qızılötesi Aləti (MIRI) üzərində yerləşdirilmiş koronoqraf vasitəsilə qeydə alıb.

Yeni aşkarlanan və əvvəllər elmə məlum olmayan bu göy cisminə “TWA 7 b” adı verilib. Sözügedən ekzoplanet Yer kürəsindən təxminən 110 işıq ili uzaqlıqda yerləşir və Antlia bürcü istiqamətində müşahidə edilib. Onun görüntüsü, məhz MIRI cihazında yerləşdirilmiş koronoqraf texnologiyası sayəsində əldə olunub.
Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) rəsmi açıqlamasında qeyd edib: “Mümkün müşahidə yanılmalarının istisna edilməsindən sonra alimlər böyük ehtimalla bu obyektin bir ekzoplanet olduğunu müəyyən ediblər”.
Qeyd edək ki, hazırda Günəş sistemindən kənarda mövcudluğu təsdiqlənən təxminən 6000 ekzoplanet var. NASA-nın yeni kəşflə bağlı yaydığı bəyanatda vurğulanır: “Bu nəticə Günəş sistemindəki qaz nəhənglərinə deyil, daha çox Yerə bənzəyən və ölçüləri kiçik olan ekzoplanetlərin öyrənilməsi və birbaşa görüntülənməsi istiqamətində atılan mühüm addımdır”.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
