Bu gün:

İsrail-İran qarşıdurması Rusiyanı narahat edir


İlin əvvəlində Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq sazişinin hərbi ittifaq olmadığı məlum olub. 

İsrailin “Yüksələn Aslan Əməliyyatı”na başlamasından sonra Rusiya rəsmiləri Yaxın Şərqdəki gərginliyi “narahatedici” və “təhlükəli” kimi dəyərləndiriblər. Amma buna baxmayaraq, Rusiya mediası bu vəziyyətin Rusiya üçün bəzi müsbət nəticələr verə biləcəyini qeyd edib.

Bu nəticələr arasında:

1. Neftin qiymətinin yüksəlməsi və bunun Rusiyanın gəlirlərini artırması;

2. Dünyanın diqqətinin Ukrayna müharibəsindən Yaxın Şərqə yönəlməsi (məsələn, “Moskovski Komsomolets” qəzeti “Kiyev unuduldu” başlığını atıb);

3. Əgər Rusiya bu münaqişədə vasitəçilik rolu alsa, özünü bölgədə sülh yaradan və əsas faktor kimi göstərə bilər. Hərçənd ki, Ukraynadakı müharibə bu imiclə uyğun gəlmir.

Lakin İsrailin hərbi əməliyyatı uzandıqca, bu vəziyyətin Rusiya üçün zərərlərə səbəb ola biləcəyi daha aydın görünür.

Rusiyalı siyasi analitik Andrey Kortunov “Kommersant” qəzetində yazıb ki, “Əgər münaqişə daha da alovlanarsa, bu, Moskva üçün ciddi risklər və mümkün itkilər yarada bilər". 

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva 



Paylaş
Şərh əlavə et