Bu gün:

Dünyanın ən dəyərli şirkəti dəyişdi


Dünyanın ən dəyərli şirkətləri siyahısında dəyişiklik baş verib. ABŞ-ın çip nəhəngi Nvidia, səhmlərinin rekord səviyyədə yüksəlməsinin ardından Microsoftu geridə qoyaraq dünyanın ən dəyərli şirkətinə çevrilib.

Nvidia-nın səhmləri 4 faizdən çox artaraq 154,31 dollarla bağlanıb və bununla da yeni bir rekorda imza atılıb. Şirkətin bazar dəyəri 3,77 trilyon dollara çatıb.

Səhmlərin sürətli artımı ilə yanaşı, şirkətin baş direktoru Censen Huanqın şəxsi sərvəti də kəskin şəkildə artaraq 135 milyard dollara yüksəlib. Tanınmış CEO, süni intellekt sahəsinə daha da böyük önəm veriləcəyini bildirərək qeyd edib:

“On il davam edəcək bir süni intellekt infrastrukturu qurmaq mərhələsinin başlanğıcındayıq. Dünyada dominant süni intellektə olan tələbat sürətlə artır.”

Hazırda dünyanın ən dəyərli şirkətləri sırasında yer alan digər nəhənglər isə bunlardır:

    •    Nvidia

    •    Microsoft

    •    Apple

    •    Amazon

    •    Alphabet (Google)

    •    Meta (Facebook)

    •    Saudi Arabian Oil Company (Aramco)

    •    Broadcom

    •    Tesla

    •    Berkshire Hathaway


Qeyd edək ki, süni intellekt texnologiyalarına maraq və sərmayələrin artması Nvidia-nın bu uğurunda əsas rol oynayıb. Şirkət, qlobal texnologiya bazarında liderliyini möhkəmləndirir.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et