İranın ayətullahı Əli Xamenei Tehranın İsrail üzərində qələbə qazandığını deyib və ABŞ-nin müdaxiləsini tənqid edərək Qətərdəki ABŞ bazasına cavab raket hücumunu vurğulayıb.

İranın ayətullahı Əli Xamenei ölkəsinin İsrail üzərində qələbə qazandığını söyləyib. Video yayımdakı çıxış 12 günlük münaqişədən sonra iki ölkə arasında ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan edildikdən sonra Xamneyinin ilk ictimai şərhi olub.
O, izləyicilərə deyib ki, Vaşinqton döyüşlərə yalnız ona görə müdaxilə edib ki, “müdaxilə etməsə, (İsrail) rejimi tamamilə məhv ediləcək”.
Xamenei deyib ki, ABŞ bu müharibədən heç bir qazanc əldə etməyib.
Mənbə: Euronews
Tərcümə etdi: Ayşən Səlimova
