Bu gün:

Tramp İranın nüvə proqramı ilə bağlı olan hesabatı rədd edib


Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranın nüvə proqramının son hərbi zərbələrlə “onilliklərlə” geri atıldığını bildirib.

Lakin ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə əsaslanan yayımlanmış hesabatda bu hücumların təsirinin cəmi bir neçə ay olduğu qeyd olunur.

ABŞ Silahlı Qüvvələri İranda üç nüvə obyektini – Fordo, Natanz və İsfahan nüvə obyektlərini “bunker buster” (sığınacaq deşən) tipli bombalarla hədəfə alıb. Bu bombalar 18 metr qalınlığında betonu və ya 61 metr dərinlikdə torpağı dəlib partlaya bilir.

Pentaqona (ABŞ Müdafiə Nazirliyi) yaxın mənbələrin bildirdiyinə görə, İranın sentrifuqaları əsasən zədələnməyib və zərbələrin təsiri yalnız yerüstü tikililərlə məhdudlaşıb.

Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et