Bu gün:

Solçu demokrat keçmiş qubernatoru məğlub edib


Endryu Kuomo Nyu-York şəhərinin meri postu uğrunda keçirilən Demokratlar Partiyasının praymerizində gözlənilməz şəkildə məğlub olaraq ştatın qanunvericisi Zorən Mamdanıya uduzub.

Ştatın sabiq qubernatoru olan Kuomo, 2021-ci ildə təcavüz qalmaqalı səbəbindən vəzifəsindən istefa verdikdən sonra siyasi səhnəyə qayıtmağa çalışıb. 

Tərəfdarları qarşısında çıxış edən Kuomo bildirib ki, 33 yaşlı demokrat sosialist Mamdani praymeridə qalib gəlib və əlavə edib: “Biz vəziyyəti dəyərləndirib qərar verəcəyik". 

“Bu gecə ona aiddir,” – deyə 67 yaşlı Kuomo vurğulayıb.

Əgər Mamdani seçkidə qalib gəlsə, ABŞ-nin ən böyük şəhərinə rəhbərlik edən ilk müsəlman və hindistanlı amerikalı olacaq.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et