Bu gün:

Venesiyada Ceff Bezosun toyuna kütləvi etiraz


Venesiyada amerikalı milyarder Ceff Bezosun toy mərasiminə qarşı kütləvi etirazlar baş verib.Etirazlar nəticəsində Bezos və dəvətlilər şəhər mərkəzindən uzaqlaşdırılıb və əsas tədbir başqa məkana keçirilib. Etirazçılar bu hadisəni “böyük qələbə” adlandırıblar.

Toyun bu həftə baş tutacağı və dəvətlilər siyahısında Kim Kardaşyan, Mik Caqqer, Leonardo Di Kaprio və sabiq ABŞ Prezidenti Donald Trampın ailə üzvlərinin olduğu bildirilir.

Aksiyalarda iştirak edənlər Venesiyada həddindən artıq turizmi, iqlim dəyişikliyi ilə bağlı narahatlıqları və Ceff Bezosun Donald Trampa dəstəyini əsas səbəblər kimi göstəriblər. Son günlər şəhər boyu “Bezos üçün yer yoxdur” yazılmış plakatlar yapışdırılıb, körpülərdən etiraz bannerləri asılıb.

Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et