Bu gün:

İndoneziyada vulkanın yamacından yıxılan turist ölüb


Braziliyalı turist İndoneziyada aktiv vulkanın kraterinin yaxınlığında gəzişərkən yıxılıb və onun meyiti tapılıb, bu barədə ailəsi və xilasedicilər məlumat veriblər.

Juliana Marins qrupla səhər erkən vaxtlarda Mount Rinjani dağında dik bir marşrut boyunca yürüş edərkən uçurumdan düşməsinə baxmayaraq ilk dəfə düşüşdən sonrs sağ qalıb. Xilasedicilər şənbə günü onun kömək üçün qışqırdığını eşitdiklərini bildiriblər.

Lakin İndoneziya hakimiyyətinin məlumatına görə, növbəti günlərdə 26 yaşlı Juliana Marinsə çatmaq çətin relyef və dumanlı hava şəraiti səbəbindən mümkün olmayıb.

Xilasedicilərin çətin əməliyyatından sonra komandalar nəhayət cümə axşamı onun cəsədinə çatdıqlarını ailəsi sosial mediada bəyan edib.

"Çox təəssüf ki, o, sağ qalmayıb",– deyə Marinsin ailəsi bildirib. "Biz aldığımız bütün dualar, sevgi dolu mesajlar və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Marins İndoneziyaya, Lomboq adasına gəlmədən əvvəl Tailand və Vyetnamda da səyahət edib.

Mənbə: BBC news 

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et