Bu gün:

İranda rejimin devrilməsi mümkündürmü?


İran-İsrail müharibəsi zamanı İsrail və Amerika administrasiyaları dəfələrlə İranda rejimin devrilməsinin yaxşı bir şey olacağını bildiriblər. Lakin ekspertlərin fikrincə, İran cəmiyyəti rejimdən razı olmasa da, bu, hakimiyyət dəyişikliyi üçün kifayət etmir. Üstəlik, cəmiyyətin 20 faizi rejimi tam dəstəkləyir.

ABŞ prezidenti Donald Trampın dolayısı ilə hədəfə aldığı və İsrail hökumətinin açıq şəkildə “üsyan vaxtı” adlandırdığı Xamneyi rejimi həqiqətən də çökə bilərmi?

Qətərdəki Corctaun Universitetinin Yaxın Şərq üzrə ixtisaslaşmış professoru bunun uğursuz olacağını söyləyib. "Əlbəttə, hökumət, xüsusən də şəhər yerlərində çox qeyri-populyardır. O, orta sinif, yaxud İranın orta sinfindən qalanlar və yuxarı təbəqə arasında çox qeyri-populyardır. Amma bir şeyi yadda saxlamalıyıq: geniş yayılmış narazılıq hökumətin yıxılacağı demək deyil".

O, İrandakı rejimdən narazılığını dilə gətirir, lakin bunun rejimin yıxılacağı anlamına gəlmədiyini də vurğulayır. O, həmçinin deyir ki, iranlıların 15-20 faizi rejimi “ölənə qədər” dəstəkləyir və heç bir maddi müxalifət yoxdur.

Tədqiqatçı "Əvvəla, bu, çoxölçülü siyasi quruluşdur, çox köhnə köklərə malik bir strukturdur. Onun çoxlu nümayəndələri var. Biz də bilirik ki, əhalinin 15-20 faizi bu ideologiyalara görə bu hökuməti ölüm-dirim dəstəkləyir. Hiss olunan müxalifətin olmaması da müsbət haldır. Hesab edirəm ki, rejim dəyişikliyinə səbəb olmaq nəzəri cəhətdən yaxşı görünə bilər, amma praktikada yaxşı görünmür". 

Mənbə: Cnn türk 

Tərcümə etdi: Çimnaz Həmzəliyeva


Paylaş
Şərh əlavə et