Bu gün:

İran və İsraildən atəşkəsə “qələbə” reaksiyası


ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan edildiyini açıqlamasından sonra hər iki tərəfin rəsmiləri bunu “tarixi qələbə” kimi qiymətləndirib.İran rəsmiləri atəşkəsi Qərbin bölgədəki təsirinin azaldılması və nüvə proqramının davamı baxımından strateji uğur kimi təqdim edib. İran Prezidentinin müavini Məhəmməd Rza Aref bunu “dönüm nöqtəsi” adlandırıb. Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi isə İranın nüvə proqramının “heç vaxt dayandırılmayacağını” vurğulayıb.

İsraildə isə siyasətçilərin reaksiyası müxtəlif olub. Bəziləri ordunun uğurlarını tərifləsə də, digərləri münaqişənin sona çatması və əsirlərin geri qaytarılması çağırışları edib. Maliyyə naziri Bezalel Smotrich isə İranla mübarizədə “əzici qələbə” əldə olunduğunu bildirərək, növbəti hədəfin Qəzza olduğunu deyib.

Atəşkəs hər iki ölkədə daxili ictimaiyyətə qarşı güc nümayişi və siyasi mövqe sərgiləmək üçün “qələbə simvolu” kimi təqdim edilir.

Mənbə: Cümhuriyyət 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et