İran nüvə obyektlərinə edilən hücumlara cavab olaraq Qətərdə yerləşən ABŞ-yə məxsus Əl-Udeyd hərbi bazasına raket zərbələri endirib.
Qətər hücumu təsdiqləyib və bunu "açıq şəkildə beynəlxalq hüququn pozulması" kimi dəyərləndirib. Bildirilib ki, atılan bütün raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib və hərbi bazaya ciddi ziyan dəyməyib.
ABŞ-nin sabiq prezidenti Donald Tramp isə İranın cavabını "çox zəif" adlandırıb və hücumdan əvvəl xəbər verildiyinə görə İran tərəfinə təşəkkür edib.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
