Sonuncu xəbərə görə, Qətər, bölgədəki hadisələr fonunda təhlükəsizlik səbəbiylə ölkənin hava nəqliyyatının müvəqqəti olaraq dayandırıldığını açıqladı.
Qətər Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, səlahiyyətlilər regional və beynəlxalq tərəfdaşlarla koordinasiyada inkişafları daim qiymətləndirirlər və rəsmi kanallar vasitəsilə ictimaiyyətə vaxtında yeniliklər təqdim edəcəklər.
"Vətəndaşların və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu, regionda baş verən hadisələr əsasında həyata keçirilən silsilə tədbirlərin bir hissəsidir", - məlumatda deyilir.
Xarici İşlər Nazirliyi fərdlərin təhlükəsizliyinin əsas prioritet olduğunu və Qətərin bununla bağlı lazımi qabaqlayıcı tədbirlər görməkdən çəkinməyəcəyini vurğulayıb.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
