Bu gün:

"Əgər rejim İranı yenidən möhtəşəm etməyəcəksə, niyə dəyişməsin?"


ABŞ-nin Prezidenti Donald Tramp İran rəhbərliyini tənqid edərək, rejim dəyişikliyi ideyasına açıq dəstək verib. O, Truth Social platformasında yazdığı paylaşımda bildirib:

 “Rejimin dəyişməsi ifadəsi siyasi baxımdan düzgün səslənmir, amma belədir. Əgər rejim İranı yenidən böyük etməyəcəksə, niyə rejim dəyişikliyi olmasın? Gəlin İranı yenidən möhtəşəm edək”.

Trampın bu fikirləri onun “Make America Great Again” şüarına bənzər şəkildə “MIGA” ifadəsini gündəmə gətirməsi ilə diqqət çəkib.

O, başqa bir paylaşımında ABŞ-nin İrana endirdiyi hava zərbələrinin nəticələrinə də toxunaraq bildirib:

“Zərbələr sərt və dəqiq idi. Ordumuz böyük məharət nümayiş etdirib”. 

Tramp, hücumda iştirak edən B-2 bombardmançı təyyarələrinin Missuri ştatına təhlükəsiz eniş etdiyini də qeyd edib və ABŞ pilotlarına təşəkkür edib:

“Yaxşı iş gördüyünüz üçün təşəkkür edirəm”.


Mənbə:TRT haber

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et