Bu gün:

Tramp İran rejimində dəyişiklik ehtimalını gündəmə gətirib


ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı ABŞ-in İsraillə birgə hücumundan sonra İranın rəhbərliyində dəyişiklik ola biləcəyini söyləyib.

Bazar günü Tramp sosial mediada yazıb:

“Niyə rejim dəyişməsi olmasın?”

Bu fikirlər ABŞ-ın digər yüksək vəzifəli şəxslərinin şənbə günü keçirilən hərbi əməliyyatın məqsədinin İran liderlərini devirmək olmadığını vurğulamasından sonra səslənib. Həmin əməliyyatda ABŞ bombardmançıları Tehran nüvə proqramını zəiflətmək üçün üç hədəfi vurub.

Tramp əvvəllər ABŞ-ın xaricdə, o cümlədən 2003-cü ildə Səddam Hüseyn rejiminin devrildiyi İraqda iştirakı ilə bağlı tənqidlər səsləndirib.

Bazar günü Tramp yazısında əlavə edib:

“Rejim dəyişməsi termini siyasi baxımdan düzgün sayılmır, amma əgər indiki İran rejimi İranı yenidən bərpaa edə bilmirsə, niyə rejim dəyişməsi olmasın?”

Bu açıqlama Trampı onun əsas müttəfiqlərindən fərqləndirib. 

Trampın açıqlaması spekulyasiyalara səbəb olsa da, keçmiş rəsmi şəxslərdən biri bunun ciddi qəbul edilməməli olduğunu deyib. Trampın ilk prezidentliyi dövründə İran üzrə xüsusi nümayəndəsi Elliott Abrams BBC Radio 4 proqramına bildirib ki, bu açıqlamalardan sonra “çoxlu çaşqınlıq yaranıb” və Tramp “sadəcə zarafat etmiş” ola bilər.

Mənbə:BBC

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et