Bu gün:

Amazonda süni intellekt iş yerlərini azaldacaq


Amazonun baş icraçı direktoru Endi Cessi bildirib ki, şirkət süni intellekt agentlərinin tətbiqi ilə bir çox korporativ iş yerlərinin azalacağını gözləyir. 


Onun əməkdaşlara göndərdiyi və geniş yayılmış qeyddə bu proses artıq bir təhlükə deyil, biznes planının bir hissəsi kimi təqdim olunur.


Cessi qeyd edib ki, "bu gün bəzi işləri görən insanlara daha az ehtiyac olacaq, əvəzində digər növ işləri görəcək insanlara daha çox ehtiyac yaranacaq". Lakin o, neçə nəfərin işinə təsir edəcəyi barədə dəqiq məlumat açıqlamayıb.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et