Bu gün:

Şirkətlərin 90 faizi AI mütəxəssisləri axtarır


Amazon Web Services (AWS) və Access Partnership ilə birgə həyata keçirilən “Generative AI Adoption Index” araşdırması təşkilatların generativ süni intellekt-in öz biznes proseslərinə necə inteqrasiyası ilə bağlı mühüm məlumatlar təqdim edir. 9 ölkədən 3,739-dan çox İT qərar qəbul edən şəxsin iştirakı ilə hazırlanan araşdırma hazırkı iş dünyasının süni intellektlə bağlı perspektivini və bu sahədə transformasiya istiqamətini aydın şəkildə ortaya qoyur.Tədqiqatın ən diqqətəlayiq tapıntılarından birinciso Baş Süni İntellekt Məmuru vəzifəsinin yüksəlməsidir. Bütün sənayelərdə süni intellektin sürətlə tətbiqi bu transformasiyanı idarə etmək üçün ekspert rəhbərliyinə ehtiyac yaradır. Tədqiqata əsasən, təşkilatların 60 faizi artıq Baş süni intellekt mütəxəssisi təyin edib, 26 faizi isə bu vəzifəni 2026-cı ilə qədər həyata keçirməyi planlaşdırır. Bu, süni intellekt idarəetməsinin korporativ strategiyalarda mərkəzi rol oynayacağını göstərir.

İstedadların inkişafına və təhsilə investisiya qoyuluşu prioritet məsələyə çevrilib.

Generativ süni intellektdən səmərəli istifadə üçün tələb olunan insan resursları tədqiqatın digər diqqət çəkən mövzusudur. Təşkilatların yarısı bu sahədə səriştəlik boşluğunu aradan qaldırmaq üçün təlim planları hazırlayıb. Dörddə üçü hazırkı işçi qüvvəsini yenidən gücləndirmək üçün təlimlərə üstünlük verməyi hədəfləyir. Bu gün təşkilatların 56 faizi generativ süni intellekt üzrə təlim proqramları həyata keçirib, 19 faizi isə 2025-ci ilin sonuna qədər bu addımı atmağı planlaşdırır. Buna uyğun olaraq, gələn il generativ süni intellekt üzrə mütəxəssislərə tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

2025-ci ilə qədər 10 təşkilatdan 9-u məhsuldar süni intellekt üzrə mütəxəssisləri işə götürməyi planlaşdırır.

Təşkilatların 25 faizi bildirir ki, yeni vəzifələrin ən azı yarısı bu bacarıqları tələb edəcək. Bu göstərici İT sektorunda 35 faiz, istehsal sektorunda isə 28 faiz təşkil edir.

Hibrid yanaşma generativ AI-nin biznes proseslərinə inteqrasiyasında fərqlənir. Təşkilatlar istifadəyə hazır modellərin təqdim etdiyi üstünlükləri qiymətləndirərkən, eyni zamanda bu modellər üzərində xüsusi proqramlar hazırlayaraq onları iş proseslərinə inteqrasiya etməyi hədəfləyirlər.

Bu tapıntılar onu göstərir ki, generativ süni intellekt gələcəkdə sadəcə bir texnoloji trend olmaqdan çıxacaq və iş dünyasının əsas tikinti bloklarından birinə çevriləcək. Bu transformasiyada uğur qazanmaq üçün təşkilatlar liderlikdən təhsilə, texnologiyadan strategiyaya qədər hər sahədə güclü addımlar atmalıdır. 

Mənbə: Marketing Türkiye

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et