ABŞ-in İranda yerləşən nüvə obyektlərinə hava zərbələrindən sonra İran cavab olaraq İsrailə raket hücumları həyata keçirib.
Hadisə gecə saatlarında baş verib və bölgədə gərginlik daha da artıb.
İsrail polisi bildirib ki, raket zərbəsi nəticəsində zərər görmüş binadan altı nəfər yüngül xəsarətlə təxliyə edilib. Hazırda binada qalan şəxslərin olub-olmadığını müəyyən etmək üçün axtarış-xilasetmə işləri davam edir.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
