Bu səhər İsrailin baş naziri Benyamin Netanyahu ofisində tribunada dayandıqda o, əvvəlcə İsrail xalqına ivrit dilində müraciət edib, bu sonuncu və kədərli hadisə ilə bağlı məlumat verməyib.
Əvəzində o, ingilis dilində danışıb – birbaşa ABŞ Prezidenti Donald Trampa müraciət edərək ona təriflər yağdırıb. Bu, ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra baş verib.

Əgər Netanyahunun danışığında zəfər notları hiss olunurdusa və gülümsəməsini gizlətməkdə çətinlik çəkirdisə, bu heç də təəccüblü deyil. Çünki o, siyasi karyerasının böyük bir hissəsini İranın İsrailə təhlükə yaratdığına dair inancına həsr edib.
Son 15 ildə Netanyahu əsasən amerikalı müttəfiqlərini inandırmağa çalışıb ki, İranın nüvə proqramını yalnız hərbi yolla – özü də yalnız ABŞ-nin silahları ilə məhv etmək mümkündür.
Trampı “tarixi dəyişdirəcək cəsarətli qərarına” görə təbrik edərkən Netanyahu həm də özü ilə fəxr edə bilər. Çünki o, xaricdə hərbi müdaxilələrə qarşı çıxaraq seçki kampaniyası aparmış və tərəfdarlarının əksəriyyəti İsrailin İranla müharibəsinə qarşı olan bir ABŞ prezidentinin fikrini dəyişməyə nail olub.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
