Bu gün:

İranlılar gərginliyə baxmayaraq Tehrana qayıdırlar


İran və İsrail arasında davam edən qarşılıqlı hücumlara baxmayaraq, bir çox iranlı vətəndaş vətənlərinə geri dönməkdə israrlıdır. Kapıköy-razi sərhəd keçid məntəqəsində toplaşan iranlılar arasında həm təhlükə, həm də duyğusal bağlılıq hiss olunur.

BBC-yə danışan bir qadın Tehrana dönmək qərarını belə ifadə edib: "bura mənim evimdir, həyatım buradadır. Son ana qədər burada qalardım, buranı tərk edə bilmərəm".

BBC jurnalistləri hazırda İran daxilindən məlumat ötürə bilmədiyindən, xəbərlər sərhəddə gözləyən vətəndaşlarla aparılan söhbətlərə əsaslanır. Bəzi şəxslər türkiyədə yaxınları ilə görüşmək üçün gözləyir, digərləri isə bütün risklərə rəğmən vətənlərinə qayıdır.


Mənbə : BBC News 

Tərcümə etdi : Zeynəb Yunuszadə 



Paylaş
Şərh əlavə et