Bu gün:

Dodgers stadionunda ICE gərginliyi


ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti, ICE agentlərinin Los Ancelesdəki Dodgers stadionunun dayanacaq sahəsinə daxil olduqları ilə bağlı yayılan məlumatları təkzib edib. 

Bu iddialar Dodgers beyzbol komandasının rəsmi X hesabında paylaşılıb. 

Departament bildirib ki, ərazidə ICE agentləri deyil, Gömrük və Sərhəd Mühafizəsi (CBP) əməkdaşları olub. CBP, ICE-dən ayrı fəaliyyət göstərən federal hökumət qurumudur.

Hazırda CBP agentlərinin stadionda nə üçün olduqları bəlli deyil. Rəsmilər məsələ ilə bağlı əlavə açıqlama verməyib.

Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə 


Paylaş
Şərh əlavə et